Maşın aşdı:


Digərləri 14 Sen 2020 23:39:00 196 0

Maşın aşdı:

Bu gün Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Son.az APA-ya istinadən bildirir ki, qəza magistralın Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 1992-ci il təvəllüdlü Baba Abdulov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İdarəetməni itirərək aşan avtomobil daha iki maşına ziyan vurub.

Faktla bağlı araşdırmalar davam etdirilir.