“Hyundai” aşdı, sürücü öldü


Digərləri 14 Sen 2020 23:30:00 196 0

“Hyundai” aşdı, sürücü öldü

Goranboy rayonunda "Hyundai" markalı avtomobil aşıb, sürücü ölüb.

Son.az APA-ya istinadən bildirir ki, Goranboy-Qaraçınar avtomobil yolu istiqamətində "Hyundai" markalı minik avtomobil idarəetmədə çıxaraq aşıb.

Qəza nəticəsində 1994-cü il təvəllüdlü rayon sakini Araz Hümbətöv hadisə yerində dünyasını dəyişib. Faktla bağlı hadisə yerində araşdırma aparılır.