İkimərtəbəli ev yandı, qarajındakı “Muravey” də


Digərləri 14 Sen 2020 23:10:00 149 0

İkimərtəbəli ev yandı, qarajındakı “Muravey” də

Salyan rayonunun Arbatan kəndində ümumi sahəsi 170 m2 olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 65 m2 sahədə və 1-ci mərtəbəsinin qarajında "Muravey" markalı motosikletin yanar hissələri yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Son.az-a məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.