"Yanar dağ" qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


Digərləri 14 Sen 2020 22:10:00 156 0

"Yanar dağ" qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib

Azərbaycan Republikasının Nazirlər Kabineti 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yanar dağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə"də dəyişiklik edib.

Son.az bildirir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yanar dağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 873; 2016, № 9, maddə 1553) ilə təsdiq edilmiş "Yanar dağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndin ikinci abzasında, 5.2-ci və 6.6-cı bəndlərdə,

1.4-cü və 6.2-ci bəndlərin birinci cümlələrində, 2.1.12-ci, 3.5.1-ci və

5.1.2-ci yarımbəndlərdə, 2.1.5-ci yarımbəndin ikinci cümləsində ismin müvafiq hallarında "Mədəniyyət və Turizm Nazirliyi" sözləri ismin müvafiq hallarında "Dövlət Turizm Agentliyi" sözləri ilə əvəz

edilsin.

2. 1.2-ci bənd üzrə:

2.1. "Mədəniyyət və Turizm Nazirliyinin" sözləri "Dövlət Turizm Agentliyinin" sözləri ilə əvəz edilsin;

2.2. "kollegiya qərarlarını" sözlərindən sonra "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin (bundan sonra - Qoruqları İdarəetmə Mərkəzi) Nizamnaməsini, qərarlarını, əmr və sərəncamlarını" sözləri əlavə edilsin.

3. 1.5-ci bənddə "fəaliyyətinə dair illik hesabatı" sözləri "Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmış fəaliyyət planlarına dair yarımillik və illik hesabatları Qoruqları İdarəetmə Mərkəzi vasitəsilə" sözləri ilə və "Mədəniyyət və Turizm Nazirliyinə" sözləri "Dövlət Turizm Agentliyinə" sözləri ilə əvəz edilsin.

4. 1.6-cı bənddə "təsdiq olunmuş sərhədləri və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təyin etdiyi mühafizə zonası mövcuddur" sözləri "müəyyən edilmiş sərhədləri və mühafizə zonası (mədəni irs abidələrinin mühafizə zonalarını isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət TarixEtnoqrafiya qoruqları ərazisində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) mövcuddur" sözləri ilə əvəz edilsin.

5. 1.7-ci bənd ləğv edilsin.

6. 2.1.3-cü yarımbənddə "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi" sözləri "Qoruqları İdarəetmə

Mərkəzi" sözləri ilə əvəz edilsin.

7. 2.1.4-cü yarımbəndə "qadağan edilməsi üçün" sözlərindən sonra "Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə" sözləri əlavə edilsin.

8. 2.1.5-ci yarımbənddə "hazırlayır" sözü "Qoruqları İdarəetmə Mərkəzinə təqdim edir" sözləri ilə əvəz edilsin və həmin yarımbəndə "təsdiq edildikdən sonra" sözlərindən sonra "Qoruqları İdarəetmə Mərkəzinin," sözləri əlavə edilsin.

9. 2.1.6-cı yarımbənd üzrə:

9.1. "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı əsasında" sözləri çıxarılsın;

9.2. "təmirini planlaşdırır və təşkil edir" sözləri "təmirinin planlaşdırılması və təşkil edilməsi üçün Qoruqları İdarəetmə

Mərkəzinə müraciət edir" sözləri ilə əvəz edilsin;

9.3. "bu işlərin" sözlərindən əvvəl "Qoruqları İdarəetmə Mərkəzi" sözləri əlavə edilsin.