Koronavirus peyvəndi havada böhrana səbəb olacaq AÇIQLAMA


Dünya 14 Sen 2020 22:20:00 141 0

Koronavirus peyvəndi havada böhrana səbəb olacaq  AÇIQLAMA

Koronavirus peyvəndinin dünyanın bütün nöqtələrinə çatdırılması üçün gündəlik "Boeing 747" həcmində 8 min ədəd təyyarəyə ehtiyac olacaq. Bu da aviasiya böhranı yaradacaq.

Son.az xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) açıqlamasında deyilir.

Bildirilib ki, aviasiya sənayesi bu günə qədər ən böyük nəqliyyat problemini koronavirus peyvəndinin paylanması üçün yaşayacaq.

Assosiasiyanın prezidenti Aleksandr de Yuniak peyvəndin karqosunun əsrin missiyası olduğunu, əvvəlcədən planlaşdırma olmadan bu layihəni gerçəkləşdirə bilməyəcəklərini bildirib. (publika.az)