İspaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb


Dünya 14 Sen 2020 21:12:00 163 0

İspaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb

İspaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, Santander şəhərində xəstəxanaların birində "Johnson & Johnson" şirkətinin hazırladığı vaksin sınaqdan keçirilir.

Sabahdan etibarən isə sınaqlar paytaxt Madriddə başlayacaq. Sınaqlarda iki yaş qrupuna bölünmüş (18-55 və 65 yaşdan yuxarı) 190 könüllü iştirak edəcək.

Sınaqların ilk iki mərhələsinin 6 ayadək müddət ərzində keçirilməsi planlaşdırılır.

İspaniyadan başqa həmin vaksin Belçika və Almaniyada da sınaqdan keçiriləcək. Bu prosesdə ümumilikdə 550 könüllü iştirak edəcək.