"AzTV Xəbər" efirdədir! Bu gündən tam yeni təqdimatda


Digərləri 14 Sen 2020 18:50:00 275 0

"AzTV Xəbər" efirdədir!  Bu gündən tam yeni təqdimatda

Azərbaycan Televiziyasında gündəlik xəbərlərin təqdim olunduğu informasiya proqramı bu gündən yenilənmiş formatda efirə çıxıb.

Son.az bildirir ki, uzun illər "Xəbərlər" adı ilə efirə gedən verilişin adı dəyişdirilərək "AzTV Xəbər" olub.

Bundan başqa, veriliş tamamilə yenilənmiş, müasir studiyadan yayımlanmağa başlayıb.

Bu gün saat 10:00-da "AzTV Xəbər"in yenilənmiş ilk buraxılışını tanınmış teleaparıcılar Rafiq Həşimov və Dilarə Səlim təqdim edib.