Ayrılmaq istəyən arvadını


Dünya 14 Sen 2020 17:54:09 161 0

Ayrılmaq istəyən arvadını

Türkiyənin Bursa şəhərində 31 yaşlı Ömer Aydın ayrılmaq istəyən arvadını güllələyib.

Son.az İHA-ya istinadən xəbər verir ki, 25 yaşlı həyat yoldaşı Elif Aydını taksidə öldürən Ömer Aydın artıq saxlanılıb.

İddiaya görə, Ömer Aydın boşanmaq istəyən həyat yoldaşını iş yerindən götürüb, taksiyə mindirib. Cütlük taksidə mübahisə etməyə başlayıb. Ömer Aydın üzərində gəzdirdiyi tapançanı çıxararaq Elif Aydının sinəsindən atəş açıb. Qadın kənar şəxslər tərəfindən xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Qatil həyat yoldaşı isə sözügedən taksi ilə hadisə yerindən uzaqlaşıb.

Aparılan araşdrıma zamanı Elif Aydını vuran şəxsin taksi sürücüsü işləyən Ömer Aydın olduğu məlum olub. Onun hadisə yerindən qaçdığı taksinin sürücüsünün isə Murat K.( 51) olduğu üzə çıxıb. Aydın atasının evində, Murat T. isə iş başında yaxalanıblar. 

Məlumata görə, cütlüyün ayrı yaşadığı, bir uşaq anası olan qadının həyat yoldaşının ondan uzaqlaşdırma qərarı aldığını, ona xəsarət yetirdiyi üçün ərinə qarşı inamının qalmadığı üçün çantasında bibər qazı daşıdığı iddia edilir.

Həyat yoldaşı ilə aralarında 3 aydan bəri problem yaşadıqlarını bildirən Ömer Aydın ifadəsində bunları deyib: