Məktəbəhazırlıq qruplarına qeydiyyat sentyabrın 24dək davam edəcək


Digərləri 14 Sen 2020 17:49:00 168 0

Məktəbəhazırlıq qruplarına qeydiyyat sentyabrın 24dək davam edəcək

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi 24 sentyabr tarixinədək davam edəcək.

Təhsil Nazirliyindən Son.az-a verilən məlumata görə, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər.

Qeyd edək ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.