Maska taxmayan vətəndaş polisi TƏHDİD ETDİ:


Dünya 14 Sen 2020 17:27:00 164 0

Maska taxmayan vətəndaş polisi TƏHDİD ETDİ:

İstanbulun Pendik bölgəsində polis əməkdaşları tibbi maskadan istifadə etməyən vətəndaşlara qarşı reyd keçiriblər.

Son.az İHA-ya istinadən xəbər verir ki, reyd zamanı polis əməkdaşları maska taxmayan 3 vətəndaşı ümumilikdə 2 min 700 TL (613 manat) cərimə ediblər. Cərimələnən bir vətəndaş ilə polis arasında mübahisə baş verib.

Vətəndaşın polisə dediyi "Sənin adını öyrənəcəm mən" sözü mübahisəyə səbəb olub. Cərimələnən vətəndaş cəza kağızını cıraraq ərazidən uzaqlaşıb. Cəriməni qəbul etməyən başqa bir vətəndaş isə polisin əlinə sərt təması ilə diqqət çəkib. Sakitliyi ilə diqqət çəkən polis əməkdaşı maskadan istifadə etmədiyi üçün 900 TL (200 manat) məbləğində cərimələyib. Maskasını çantasında daşıyan başqa bir vətəndaş isə "Telefonla danışırdım, çantama qoydum" deyərək özünə haqq qazandırıb.

Məhəmməd Vaqif Son.az