Qadağalara saatlar qalmış mərkəzdə yaranan "mənzərə" FOTO


Dünya 14 Sen 2020 16:42:00 172 0

Qadağalara saatlar qalmış mərkəzdə yaranan "mənzərə"  FOTO

Yoluxma sayının artması ilə əlaqədar olaraq karantin rejiminin sərtləşəcəyini öyrənən gənclər mərkəzi küçələrə axışaraq gecə səhərə qədər əyləniblər.

Son.az The Sun-a istinadla xəbər verir ki, görüntülər London, Mançester və Nottinqhemdə çəkilib.

Bu həftədən evə "məhkum" olacaqlarını düşünən gənclər "azadlıqdakı son günlərini" küçədə əylənərək keçirməyi üstün tutublar.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən, Britaniyada 300 mindən çox insan koronavirusa yoluxub, 41 min nəfər ölüb.