Mikayıl Cabbarov: "Əminəm ki, cənab Prezidentin xaricdə yaşayan iş adamlarına etdiyi çağırışın effekti daha çox olacaq"


Digərləri 14 Sen 2020 16:44:00 157 0

Mikayıl Cabbarov: "Əminəm ki, cənab Prezidentin xaricdə yaşayan iş adamlarına etdiyi çağırışın effekti daha çox olacaq"

Bu gün Prezident İlham Əliyev göstərişində Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin genişləndirilməsinin zəruriliyini qeyd etdi.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışına münasibət bildirərkən deyib.

O qeyd edib ki, 500 hektardan çox olan ərazinin cəmi 65 hektarı sərbəstdir: "Həmin o ərazilərə də maraq böyükdür. Bu gün bir daha cənab Prezidentin ölkədə fəaliyyət göstərən, xaricdə yaşayan iş adamlarına, xarici investorlara etdiyi çağırışın effekti, əminəm ki, daha çox olacaq".

Qeyd edək ki, açlışı olan "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdindəki Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq var.

Hazırda Peşə Təhsil Mərkəzinə 2020/2021-ci tədris ili üzrə torna və frezer dəzgahlarının, proqramla idarə olunan dəzgahların operatorları, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.