"Yaşı 65dən çox olan müəllimlərin əməkhaqqı saxlanılacaq"


Digərləri 14 Sen 2020 16:53:30 188 0

"Yaşı 65dən çox olan müəllimlərin əməkhaqqı saxlanılacaq"

Tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələr onların iş vaxtına daxil edilir və əməkhaqqı saxlanılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

R.Tağıyev qeyd edib ki, təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunurlar. Əməkhaqqının hesablanmasında isə distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınır.