Nadir xərçəng olan artist üçün ağlayıb kömək istədi, Tolik cavabını verdi: "Brilyantlarını satsın"
Şou-biznes 14 Sen 2020 16:54:00 133 0
Nadir Qafarzadə başında onkoloji şiş tapılan qarmon ifaçısı, əməkdar artist Gülbahar Şükürlü üçün göz yaşı töküb.
Bu xəbəri də oxu: "Bu dünyada sevgi iztirabı, pulsuzluq dərdi çəkmək gülməlidir"
Son.az baku.ws-ə istinadən bildirir ki, müğənni "İnstagram" səhifəsində videomüraciət yerləşdirib. O, qarmon ifaçısının vəziyyətinin günü-gündən pisləşdiyini bildirib.
"Mən düşünürəm ki, bu xanıma kömək lazımdır. Mədəniyyət Nazirliyindən heç olmasa zəng edib maraqlansınlar, mənəvi kömək olsunlar. Maddi kömək də lazımdır".
İfaçı bildirib ki, sənət adamları çoxdandır işləyib, pul qazana bilmirlər. "Bu xanım da daha nəyi var idi yedi, içdi qurtardı. Düşünürəm ki, kömək lazımdır. Gülbahar xanım hər zaman sənəti ilə gündəmdə olub".
Kömək üçün aidiyyətli qurumlara müraciət edən N.Qafarzadə bildirib ki, pandemiya dövrü bir çox insanları xəstəliyə salıb. Ələlxüsus da sənət adamları ruhdan düşüb, əsəbləşiblər. "Çərçivədə olmağı bacarmadılar. Çünki hər zaman səhnədə olan, yaradıcı insanlar bu vəziyyəti çətin keçirirlər. Bunlar hamısı üst-üstə gəlib bu xanımı yataq xəstəsinə çevirdi. Amma düşünürəm ki, müalicə var. Kimsə onu üzərinə götürməlidir. Mən hər zaman onun yanındayam. Amma mən tək nə edə bilərəm ki... Özüm üçün heç nə istəməmişəm, xahiş etməmişəm, amma Gülbahar xanım üçün dövlətimizdən xahiş edirəm. Qoymayın daha bir sənət adamını itirək. Elə bir yaşı da yoxdur. Yaşamaq istəyir. Deyəcəklər, Nadir yenə kövrəldi. İçim yanır, sadəcə, çox çətindir".
Tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı o

Kabardin-Balkariya Respublikasında iki nəqliyyat vasitəsinin iştirakı ilə

Yeni dərs ili ərəfəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələri

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi yeni dər

Bu gün Prezident İlham Əliyev göstərişində Sumqayıt Kimya Sənaye Parkı

Yoluxma sayının artması ilə əlaqədar olaraq karantin rejiminin sərtləş

Çinlə Hindistan ordusunda xidmət edən əsgərlərə aid olduğu iddia edilə

İranda ötən sutka ərzində 156 nəfər koronavirusdan (COVID-19) ölüb.

Rusiyada koronavirusa yoluxanların sayı 1,06 milyon nəfəri keçib.

Azərbaycanın təbii su hövzələrində balıq populyasiyasının artırılmas

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edib.

Əmircan sakinləri aparılan geniş-miqyaslı işlər nəticəsində Murtuza Mu

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələrinin bu gün

Bu il Azərbaycan Tibb Universitetinə qəbul üçün plan yerlərinin sayı art
