“Kalina” ilə toqquşan “Qazel” çevrildi,


Dünya 14 Sen 2020 16:47:00 159 0

“Kalina” ilə toqquşan “Qazel” çevrildi,

Kabardin-Balkariya Respublikasında iki nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, qəza sentyabrın 14-də səhər saatlarında "P-217" federal trasının 457-ci kilometrliyində qeydə alınıb.

Agentliyin məlumatına görə, "Lada Kalina" markalı minik avtomobili ilə sərnişin daşıyan "Qazel" markalı mikroavtobus toqquşub. Zərbənin şiddətindən "Qazel" yol kənarına aşaraq çevrilib, "Lada" isə sürücünün idarəetməsindən çıxaraq dəmir baryerlərə çırpılıb.

Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 8-i təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Polis hadisənin baş vermə səbəblərini araşdırır.