İranda ötən sutkada 156 nəfər koronavirusdan ölüb


Dünya 14 Sen 2020 16:31:00 189 0

İranda ötən sutkada 156 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 156 nəfər koronavirusdan (COVID-19) ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 23313 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2619 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 404648 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3798 nəfərin vəziyyəti ağır qiymətləndirilir.