İki ölkənin əsgərləri arasında əlbəyaxa dava VİDEO


Dünya 14 Sen 2020 16:36:00 161 0

İki ölkənin əsgərləri arasında əlbəyaxa dava  VİDEO

Çinlə Hindistan ordusunda xidmət edən əsgərlərə aid olduğu iddia edilən video yayımlanıb.

Son.az xəbər verir ki, görüntülərdə hər iki ölkədən onlarla əsgərin əlbəyaxa olduğu əks olunub.

Hadisənin Hindistanla Çin sərhədində yerləşən Lədəkdəki Qalvan vadisində baş verdiyi bildirilir.

Çinli hərbi mütəxəssislərdən biri "South China Morning Post"a verdiyi açıqlamada görüntülərin may ayına aid olduğunu açıqlayıb.

Qeyd edək ki, Çin və Hindistan arasındakı 3 min 500 km sərhəd xəttinin böyük hissəsi iki ölkə arasında suverenlik mübahisələrinə səbəb olur. (publika.az)