Rusiyada bir gündə 5 500dən çox yoluxma olub,


Dünya 14 Sen 2020 16:25:00 138 0

Rusiyada bir gündə 5 500dən çox yoluxma olub,

Rusiyada koronavirusa yoluxanların sayı 1,06 milyon nəfəri keçib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 5 509 nəfər virusa yoluxub, 57 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 068 320 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 18 635 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 878 700 nəfər virusdan sağalıb, 170 985 nəfərin müalicəsi isə davam edir.