Lukaşenko ilə Putin arasında görüş keçirilib


Dünya 14 Sen 2020 16:18:45 151 0

Lukaşenko ilə Putin arasında görüş keçirilib

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu, onun avqustda prezident seçkilərində qalib gəldikdən sonra ilk xarici səfəridir.

Hazırda Soçi şəhərində A.Lukaşenko ilə rusiyalı həmkarı Vladimir Putin arasında danışqlar keçirilir.

Danışıqlar zamanı ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik məsələləri müzakirə olunub.