"Gülbaharın əməliyyatı çox bahalıdır, buna imkanımız çatmır"


Şou-biznes 14 Sen 2020 15:41:00 145 0

"Gülbaharın əməliyyatı çox bahalıdır, buna imkanımız çatmır"

Başında onkoloji şiş var. Vəziyyəti getdikcə ağırlaşır. Getdikcə daha da geriyə gedir. Nitqi tutulub.

Son.az bildirir ki, bu sözləri "ölkə.az"a açıqlamasında əməkdar artist Gülbahar Şükürlünün ailə üzvü bildirib.

O, ifaçının təcili əməliyyata girməli olduğunu vurğulayıb.

"Gülbahar xanım təcili əməliyyat olunmasa, həyatı təhlükəsi gündən-günə artacaq. Bu əməliyyat ölkəmizdə həyata keçirilir, lakin həkimlər onun əməliyyatdan salamat çıxmasına heç bir zəmanət vermir, əməliyyat da çox risklidir. Buna görə də çox qorxur. Bundan başqa da qeyd edim ki, bu, çox bahalı əməliyyatdır. Buna da bizim maddi imkanımız çatmır".

Əməkdar artistin ailə üzvü əməliyyat üçün heç bir yerə müraciət etmədiklərini də qeyd edib. "Biz kömək üçün heç kimə müraciət etməmişik. Sənət yoldaşları özləri bizimlə maraqlanırlar, hamı Gülbahar xanımın səhhətinə görə narahatdır", - o qeyd edib.