ÜSTdən Avropa ilə bağlı proqnoz:


Dünya 14 Sen 2020 14:29:00 183 0

ÜSTdən Avropa ilə bağlı proqnoz:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) payız aylarında Avropada koronavirusdan ölüm sayının artacağını proqnozlaşdırır.

Son.az Trend-ı istinadən bildirir ki, bunu ÜST-ün Avropa regional bürosunun direktoru Hans Klüge deyib.

O, yaxın aylarda pandemiya ilə vəziyyətin çətinləşəcəyini deyib: "Oktyabrda, noyabrda ölümlülük göstəricilərinin artması gözlənilir".

Qeyd edək ki, ÜST son sutkada bütün dünyada rekord yoluxmanın qeydə alındığını bildirib. Məlumata əsasən, ötən gün 308 minə yaxın yoluxma qeydə alınıb. Ümumilikdə, bütün dünyada yoluxanların sayı isə 29 milyon nəfəri keçib.