Azərbaycanlı xanəndə qəfildən öldü


Digərləri 14 Sen 2020 12:01:00 172 0

Azərbaycanlı xanəndə qəfildən öldü

Ukraynada yaşayan azərbaycanlı xanəndə dünyasını dəyişib.

Son.az baku.ws-ə istinadən bildirir ki, bu barədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev bildirib.

Diaspor nümayəndəsi qeyd edib ki, xanəndə Elbrus Məmmədov qəfildən keçinib:

"Ukrayna azərbaycanlılarının sevimlisi, gözəl insan, gözəl xanəndə Elbrus Məmmədov gözlənilmədən dünyasını dəyişdi. Çox təəssüf. Nə qədər həyatda varıq, həmişə qəlbimizdə yaşayacaqsan, gözəl insan. Allah rəhmət eləsin".