İsraildə ölkə boyu hərəkət məhdudiyyəti tətbiq edilir


Dünya 14 Sen 2020 11:39:00 165 0

İsraildə ölkə boyu hərəkət məhdudiyyəti tətbiq edilir

İsraildə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar ölkə ərazisində karantin tədbirləri gücləndirilir.

Son.az Trend-ə istinadən bilirir ki, sentyabrın 19-dan etibarən üç həftə müddətinə hərəkət məhdudiyyəti tətbiq olunacaq. Bu müddət ərzində, həmçinin tədris müəssisələri, eləcə də restoran, kafe və ofislər bağlı qalacaq.

Mütəxəssislərin fikrincə, İsraildə koronavirus epidemiyasının ikinci dalğası birincidən daha güclü yayılır.

Belə ki, yaz aylarında gündəlik yoluxma min nəfəri keçmirdisə, son günlərdə bu göstərici 4 min nəfəri keçib. Ötən gün isə 2 mindən çox yoluxma qeydə alınıb.