Kriminal avtoritetin maşını partladıldı


Dünya 13 Sen 2020 17:59:00 164 0

Kriminal avtoritetin maşını partladıldı

Serbiyanın paytaxtı Belqradın mərkəzində əsas küçələrdən birində hərəkətdə olan "BMW X5" avtomobili partladılıb.

"Qafqazinfo" "TASS"a istinadən xəbər verir ki, bu barədə Belqrad polis idarəsinin rəisi Milan Staniç bildirib.

"Bu gün saat 12:15-də Novi-Beoqrad ərazisində, Omladinsk briqadası küçəsində hərəkətdə olan avtomobilin partlayışı baş verib, nəticədə iki nəfər yaralanıb", - deyə məlumatda qeyd olunur.

Serbiyanın "Blic" qəzetinin məlumatına görə, partlayışda yaralananlardan biri kriminal avtoritet Straxinya Stoyanoviç və onunla eyni maşında olan 45 yaşlı Kolumbiya vətəndaşıdır. Hadisə nəticəsində Stoyanoviçin sağ ayağı qopub, o, reanimasiyaya yerləşdirilib. Onun yol yoldaşı isə bir neçə travma alıb.