"Hazırda Azərbaycandan xaricə səyahət edənlərin çoxu Türkiyə istiqamətini seçir"


Digərləri 13 Sen 2020 16:35:00 182 0

"Hazırda Azərbaycandan xaricə səyahət edənlərin çoxu Türkiyə istiqamətini seçir"

Hazırda Azərbaycandan xaricə səyahət edənlərin çoxu Türkiyə istiqamətini seçir.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, hazırda Bakıdan xarici ölkələrə birbaşa uçuşlar yalnız bir neçə şəhərə yerinə yetirilir:

"Buna görə də insanlar daha çox Turkiyə istiqamətinə səyahət edirlər. Digər xarici ölkələrə gedənlərin sayı çox azalıb. Bu, həm də onunla əlaqədardır ki, COVID-lə bağlı xarici dövlətlərdə məhdudiyyətlər çoxdur. Bir çox dövlətlərin sərhədləri hələ də bağlı olarag qalır, buna görə də turistlərin həmin ölkələrə getməsi müvəqqəti olaraq mümkün deyil".

Turizm üzrə ekspert Fariz Hacıyev isə Trend-ə açıqlamasında bildirib ki, son həftələr ərzində Türkiyəyə turların qiymətlərində artım müşahidə edilir.

Onun sözlərinə görə, Türkiyədə bölgələr arasında gediş-gəliş, ölkə daxili uçuşlar bərpa edildikdən sonra ilk dövrlərdə hotel qiymətlərində kəskin enmələr müşahidə olunurdu:

"Bunun əsas səbəbi əsasən xarici turistlər tərəfindən qış aylarından hotellərdə rezervasiyaların edilməsi idi, lakin məlum səbəbdən uçuşların böyük bir qismi ləğv edildi və hoteller boş qaldı. Boşluğu doldurmaq üçün sərt karantindən sonrakı ilk bir ayda müxtəlif kampaniyalar keçirildi, turistlərə ucuz qiymətlər təklif edildi. Amma artıq son həftələrdə qiymətlərdə artım müşahidə olundu. Çünki artıq beynəlxalq uçuşların sayının xeyli artması nəticəsində Türkiyə turizmi canlanmağa başladı".

F.Hacıyev hazırda Azərbaycan turistlərinin də Türkiyə turizminə maraq göstərdiklərini söyləyib.