27 yaşlı iranlı güləşçi edam edildi


Dünya 12 Sen 2020 18:29:00 147 0

27 yaşlı iranlı güləşçi edam edildi

İdmanın güləş növü üzrə İran çempionu 27 yaşlı Nəvid Əfkari bu gün səhər saatlarında edam edilib.

Son.az oxu.az-a istinadən bildirir ki, güləşçi hökumət əleyhinə keçirilən etiraz aksiyalarında qruplaşmalar yaratmaqda, polisin ölümündə və həmin tədbirlərdə fəal iştirakda təqsirli bilinib.

N.Əfkari eyni zamanda 2018-ci ildə Şiraz şəhərində bir nəfər mühafizəçini qətlə yetirib.