Gürcü ekspert: Ermənilərin digər ölkələrdən Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi beynəlxalq hüquqa ziddir


Siyasət 12 Sen 2020 18:03:00 152 0

Gürcü ekspert: Ermənilərin digər ölkələrdən Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi beynəlxalq hüquqa ziddir

Ermənilərin digər ölkələrdən Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi beynəlxalq hüquqa ziddir.

Son.az bildirir ki, bunu Trend-ə Qafqazın geotarixi və geosiyasətinin tədqiqi Beynəlxalq Mərkəzinin prezidenti Quram Marxuliya deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ işğal olunmuş ərazidir və bu əraziyə digər əhalinin köçürülməsi beynəlxalq hüququn normalarına ziddir:

"Ermənistan müxtəlif ölkələrdə erməni mənşəli əhalini Dağlıq Qarabağda məskunlaşmağa maraqlandırmağa çalışır. Onlar bunu ona görə edirlər ki, dünya ictimaiyyətinə həmin ərazilərin ermənilərlə məskunlaşdığını göstərsin".

Ekspert bildirib ki, erməni əhali özü işğal olunmuş əraziləri tərk edir, orada ancaq qoşunlar qalır:

"Gördüyümüz kimi, ermənilər köçürmə siyasətində uğura nail ola bilməyiblər, işğal olunmuş Dağlıq Qarabağa yalnız iki Livan ailəsi köçürülüb. Bu da başadüşüləndir, çünki heç kim işğal olunmuş ərazilərdə yaşamaq istəmir".

O əlavə edib ki, Ermənistanın xarici siyasəti regionu məskunlaşdırmağa yönəlib, amma onlar buna nail ola bilməyib və heç vaxt nail olmayacaqlar.

Son.az