Kosmosdan qızardılmış steykin iyi gəlirmiş


Digərləri 12 Sen 2020 17:42:00 150 0

Kosmosdan qızardılmış steykin iyi gəlirmiş

Kosmosun necə qoxuduğu indiyə kimi sizə maraqlı gəlib? Əgər "Oradan heç bir iy gəlmir" deyə düşünürsünüzsə, deməli yanılırsınız.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, astronavtlar kosmosun qoxusunu qızardılmış steyk, moruq və rom ilə müqayisə ediblər.

"Kickstarter" şirkətinin sayəsində isə tezliklə bu sirli qoxununun ətrini də ala biləcəksiniz. Artıq NASA "Omega Ingredients" şirkətinə "Eau de Space" parfümün hazırlanması və müştərilərə münasib qiymətə satılması üçün müraciət də edib.

Son.az