Parasetamolun ağla gəlməyən təsiri varmış


Digərləri 12 Sen 2020 16:30:00 106 0

Parasetamolun ağla gəlməyən təsiri varmış

Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, parasetamol insanı riskli davranışlar sərgiləməyə təhrik edə bilər.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, araşdırmada 500 könüllü iştirak edib. Onlardan yarısı 1000 mq parasetamol, yarısı isə plasebo qəbul edib. Daha sonra alimlər onlara pul qarşılığında şar şişirmək tapşırıblar.

Belə ki, şar nə qədər böyük şişirdilsə, iştirakçı daha çox məbləğ alır. Əgər şar partlasa, iştirakçı heç bir vəsait əldə etmir.

Müəyyən edilib ki, parasetamol qəbul edənlər şarları daha güclü şişirməyə risk ediblər. Nəticədə dərman qəbul edənlərin şarları plasebo qəbul edənlərlə müqayisədə daha çox partlayıb.

Daha sonra iştirakçılar idman tədbirlərinə getmək və ya təhlükəsizlik kəməri olmadan avtomobil idarə etmək kimi müxtəlif hipotetik hadisələrin risk dərəcəsini qiymətləndirdikləri anketləri də doldurublar.

Və yenə də parasetamol qəbul edənlər risk hissini yaşayıblar.

Bu təsirin səbəbləri hələ müəyyən edilməyib.

Bu nəticələr COVID-19 pandemiyası fonunda narahatlıq yaradır. Belə ki, koronavirus xəstələri simptomları aradan qaldırmaq üçün parasetamol qəbul edə bilərlər. Ancaq bu riskli davranma istəyi onları evdən çıxmağa və insanlarla görüşməyə təşviq edə bilər. Bu isə infeksiyanın yayılma ehtimalını artırır.