"Roseksimbank"la KOBİA birgə layihələr barədə razılıq əldə edib


Digərləri 12 Sen 2020 16:16:00 116 0

"Roseksimbank"la KOBİA birgə layihələr barədə razılıq əldə edib

Rusiyanın İxrac-İdxal Bankı (Roseksimbank) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) birgə layihələr barədə razılaşma əldə edib.

Trend bu barədə Rusiya İxrac Mərkəzinə istinadən məlumat verir.

Qeyd olunur ki, "Roseksimbank"la KOBİA arasında əməkdaşlıq çərçivəsində sentyabrın 10-da Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyevlə Agentliyin İdarə heyətinin sədri Orxan Məmmədov arasında görüş keçirilib.

Görüş zamanı Rusiyanın Azərbaycana ixracına maliyyə-kredit dəstəyinin həcminin artırılması potensialı, KOB sahəsində birgə layihələr portfelinin şaxələndirilməsi, eləcə də Rusiya İxrac Mərkəzi Şirkətlər qrupununun Agentliyə daxil olan KOB inkişaf fondları ilə Azərbaycanın rezident şirkətlərinin Rusiyanın mal və xidmət tədarükçüləri müqavilələrinin maliyyələşdirilməsi üzrə əməkdaşlığın fəallaşdırılması məsələləri müzakirə olunub.