40 yaşınız varsa, üzünüzə bunları edin


Digərləri 12 Sen 2020 15:36:00 108 0

40 yaşınız varsa, üzünüzə bunları edin

Deyirlər, 40 yaşından sonra qadının dərisi onun özünə necə qulluq etməsinə görə, taleyin ona hədiyyəsidir.

40 yaşdan sonra dərinin 35 yaşındakı kimi qalması üçün ona ən azı 38 yaşından başlayaraq, xüsusi qulluq etmək lazımdır. Amma yenə də gec deyil.

Son.az Axşam.az-a istinadən bildirir ki, 40 yaşından sonra dəriyə qulluq vasitələri təqdim edir:

· Bacardıqca gündən uzaq durun, günəş altında gəzərkən başınıza üzünüzə kölgə salan şlyapa geyinin.

· Qışda havaya çıxmazdan 20 dəqiqə əvvəl üzünüzə qoruyucu krem çəkin.

· Kosmetik, qırış əleyhinə kremlər qırışları tam açmır, o, dərini süni şişirdir ki, bununla da qırışlar açılmış kimi görünür.

· Üzünüzü sabunla yumayın, çünki sabun üzü qurudur və göz ətrafında qırışlar əmələ gətirir

· "Yatmağa vaxt yoxdur" deyənlər, "yatmaq ancaq cavanlıqda, indi nə yuxu" fikirləşənlər, bilin ki, yuxu 40 yaşından sonra qadının xilas yoludur, ömrünü və gözəlliyini artırır. Gecə 2-yə kimi ev işləri görməyi unudun. Gündəlik yuxu rejiminiz azı 8-9 saat olmalıdır. Çünki məhz yuxuda dəri hüceyrələri yenilənir.

· Üzünüzü yuduğunuz suyu soda ilə yumşaldın.

· Çiməndə üzünüzə duşdan qaynar su düşməsinə yol verməyin. İsti su məsamələri açır, əzələləri yumşaldır, boşaldır və bununla da qırışları artırır.

· 40 yaşından sonra üzü kisələmək və massaj etmək olmaz.

· Əgər üz dəriniz solğun, ağarmış, məsamələr geniş, buxaq hissə sallaqdırsa, o zaman üzü yığan vasitə lazımdır: