Karantinin sərtləşəcəyini eşidib, küçələrə axışdılar


Dünya 12 Sen 2020 13:41:00 114 0

Karantinin sərtləşəcəyini eşidib, küçələrə axışdılar

Yoluxma sayının artması ilə əlaqədar olaraq karantin rejiminin sərtləşəcəyini eşidən gənclər mərkəzi küçələrə axışaraq gecə səhərə qədər əyləniblər.

Son.az The Sun-a istinadla xəbər verir ki, görüntülər London, Mançester və Nottinqhemdə çəkilib. Belə ki, gələn həftədən bu ərazilərdə karantin rejiminin tətbiq olunması küçəyə çıxanların sayına xeyli təsir edib.

Növbəti həftədən evə "məhkum" olacaqlarını düşünən gənclər "azadlıqdakı son günlərini" küçədə əylənərək keçirməyi üstün tutublar.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən Britaniyada 300 mindən çox insan koronavirusa yoluxub, 41 min nəfər ölüb.

Son.az maraqlı fotoları təqdim edir:

İsmayıl Son.az