Gizir olduğu deyilən qadınla bağlı Müdafiə Nazirliyindən AÇIQLAMA


Digərləri 12 Sen 2020 13:43:00 286 0

Gizir olduğu deyilən qadınla bağlı Müdafiə Nazirliyindən AÇIQLAMA

Xaricdə yaşayan bloger Həbib Müntəzir "Facebook" səhifəsində smartfon tipli telefondan istifadə edərək hərbi geyimdə fotosunu çəkən qadın haqda məlumat paylaşıb. İddia edib ki, həmin şəxs Müdafiə Nazirliyinin məxfi şöbəsinin giziri Məryəm Cərullayevadır. Onun sözlərinə görə, həyat yoldaşı Rusiya vətəndaşı olan qadın Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bibisi nəvəsidir.

Son.az oxu.az-a istinadən bildirir ki, sözügedən iddialarla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə müraciət edib.

Xidmətin rəhbəri Vaqif Dərgahlı sorğumuza belə cavab verib:

"Belə bir rütbədə, soyadda və adda şəxs Azərbaycan Ordusunda xidmət etmir, nə də ehtiyatda yoxdur".