Azərbaycanda “Eəmək birjası” platforması yaradılır


Digərləri 12 Sen 2020 13:46:00 179 0

Azərbaycanda “Eəmək birjası” platforması yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən "Elektron əmək birjası" platforması yaradılır.

Nazirlikdən Son.az-a verilən məlumata görə, mobil tətbiq və veb əsaslı portaldan ibarət olacaq platforma "Əmək münasibətləri və məşğulluq" altsistemi, digər dövlət qurumlarının informasiya sistemləri və işədüzəltmə vasitəçiliyi ilə məşğul olan e-platformalar ilə qarşılıqlı əlaqədə işləyəcək.

İşsiz, işaxtaran şəxslər və müxtəlif növ işlərin görülməsi üçün sifarişlər vermək istəyən şəxslər bu platformada qeydiyyatdan keçəcəklər. Onlar burada özlərinə dair zəruri məlumatları, göstərdikləri xidmətləri və ya hansı işlərin görülməsi üçün işçiyə tələbatlarının olduğunu qeyd edəcəklər.

İşsiz və işaxtaran şəxslər platformada "Vakansiya bankı" ilə də tanış ola və bu vakansiyalar üzrə müraciət edə biləcəklər.