ABŞın Oreqon ştatında kütləvi ölüm təhlükəsi


Dünya 12 Sen 2020 11:24:00 140 0

ABŞın Oreqon ştatında kütləvi ölüm təhlükəsi

ABŞ-ın Oreqon ştatında meşə yanğınları çoxsaylı insan ölümünə səbəb ola bilər.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə ştatın fövqəladə hallar departamentinin rəhbəri Endryu Felps məlumat verib.

"Yanğınların insan itkisi və minlərlə binanın dağılması ilə nəticələndiyini bilirik, mövcud məlumatlara və yıxılan binaların sayına əsasən kütləvi ölümlərin olacağını güman edirik", - deyə o bildirib.

Oreqonda sentyabrın 10-da meşə yanğınlarının sahəsi 362000 hektarı keçib. Ümumilikdə, 500000 nəfər əyalətdən təxliyyə olunub. Bu Oreqon əhalisinin 10 faizini təşkil edir.