Gürcüstanda son sutkada 158 nəfər koronavirusa yoluxub


Dünya 12 Sen 2020 10:59:00 132 0

Gürcüstanda son sutkada 158 nəfər koronavirusa yoluxub

Gürcüstanda koronavirusa yoluxma halları kəskin şəkildə artıb.

Son.az Trend-ə istinadən bildirir ki, son sutka ərzində ölkədə 158 yeni yoluxma qeydə alınıb. Bu, pandemiya başlayandan Gürcüstanda qeydə alınan ən yüksək göstərici olub.

Əvvəlki gün 87 nəfərin yoluxduğu açıqlanmışdı.

Ümumilikdə, bu günədək ölkədə virusa yoluxanların sayı 2 075 nəfərə çatıb. 19 nəfər ölüb, 1 363 nəfər sağalıb