Braziliyada koronavirus qurbanlarının sayı 130 mini keçib


Dünya 12 Sen 2020 09:44:00 133 0

Braziliyada koronavirus qurbanlarının sayı 130 mini keçib

Braziliyada son sutka ərzində daha 43 718 nəfərin koronavirus infeksiyasına yoluxması, 874 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 4 282 164 nəfər yoluxub. Bu müddət ərzində 130 396 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 3 530 655 xəstə müalicə olunaraq sağalıb.