Çində ötən sutka ərzində 6 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb


Dünya 12 Sen 2020 09:21:00 130 0

Çində ötən sutka ərzində 6 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

Çində ötən sutka ərzində 6 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Son.az Trend-ə istinadən verdiyi məlumata görə, yeni yoluxma halları xaricdən gələn vətəndaşlarda qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində 8 nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır. Xəstəlikdən ölüm hadısəsi son sutkada qeydə alınmayib.

Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 85 174 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.