Yaponiyada güclü zəlzələ baş verib


Dünya 12 Sen 2020 09:17:00 136 0

Yaponiyada güclü zəlzələ baş verib

Yaponiyanın şimal-şərqində 6,1 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Miyagi prefekturasının sahillərində, ocağı isə okean qatı altında 40 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bildirilir ki, yeraltı təkanlar ölkənin bir sıra şimal-şərq və şərq prefekturlarında, o cümlədən Tokioda hiss edilib.