BMT: COVID19a qarşı vaksinə etibarsızlıq insanların sağlamlığına təhlükə yaradır


Dünya 11 Sen 2020 21:40:00 152 0

BMT: COVID19a qarşı vaksinə etibarsızlıq insanların sağlamlığına təhlükə yaradır

COVID-19-a qarşı vaksinlərin, habelə koronavirusun diaqnostikası və müalicəsi üçün vasitələrin yaradılması və istehsalının sürətləndirilməsi üzrə aprel ayında başlanmış beynəlxalq təşəbbüsün uğur qazanması 35 milyard dollar pul lazımdır. Bu məbləğin 15 milyardı yaxın 3 ay ərzində ayrılmalıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, BMT-nin Baş katibi bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərinin iştirakı ilə keçirilən tədbirdəki çıxışında səsləndirib.

Ümumdünya Səhiyyə Təşkilatı cari ilin yanvar ayından başlayaraq vaksinin yaradılması, habelə heyvanlar üzərində tədqiqatlardan başlamış klinik sınaqlara qədər bu vaksinin yoxlanması üçün dünyada minlərlə alimin işini əlaqələndirir. Koronavirusun diaqnostikası üçün ÜST-də işlənib hazırlanmış metodlar bu gün bütün dünyada tətbiq edilir. ÜST-nin himayəsi ilə başlanmış "həmrəylik sınaqları"nda onlarca ölkə iştirak edib. Alimlər koronavirus infeksiyasının müalicəsi üçün müəyyən dərmanların və ya onların kombinasiyasının səməlilik dərəcəsini qiymətləndiriblər.

BMT-də əmindirlər ki, gələcək vaksinin və müalicənin təkcə bir ölkə və ya region üçün əlçatan olması qəbuledilməzdir. Planetin hər bir sakini səmərəli və təhlükəsiz terapevtik vasitələrdən istifadə edə bilməlidir. Quterreşin sözlərinə görə, vaksin üzərində aparılan iş bizim "ictimai nemət" dediyimiz dəyərin parlaq nümunəsidir, bu işin nəticələri bütün bəşəriyyətin mənafelərinə uyğun olmalıdır.

BMT Baş katibinin bu mövqeyi dünya liderlərinin çoxu tərəfindən dəstəklənir. Bu il aprel ayında genişmiqyaslı beynəlxalq əməkdaşlıq təşəbbüsünə start verilməsinə həsr edilmiş virtual tədbirdə Fransa Prezidenti və Almaniya Kansleri iştirak ediblər. Bugünkü forumda Avropa Komissiyasının sədri Ursula fon der Leyen, habelə Cənubi Afrika Respublikasının Prezidenti və Norveçin Baş Naziri çıxış edib.

Müxtəlif ölkələrdə minlərlə alim COVID-19-a qarşı vaksin üzərində işləyirlər. Əsas məsələ budur ki, vaksin təkcə seçilmişlər üçün deyil, ona ehtiyacı olan hər kəs üçün əlçatan olsun.