Türkiyədə 3 hərbçi şəhid olub


Dünya 11 Sen 2020 22:37:00 149 0

Türkiyədə 3 hərbçi şəhid olub

Türkiyə təhlükəsizlik qüvvələrinin ölkədə keçirdiyi antiterror əməliyyatları zamanı Vanın Çatak rayonu ərazisində daxili qoşunların üç hərbçisi şəhid olub.

Son.az Trend-ə istinadən bildirir ki məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, şəhidlərdən biri zabit, ikisi isə sıravi əsgərdir.

Qeyd edək ki, bölgədə aviasiyanın dəstəyi ilə keçirilən "İldırım-10 Norduz" antiterror əməliyyatının ardından terrorçularla hərbçilər arasında atışma olub. Nəticədə üç terrorçu zərərsizləşdirilib. Əməliyyat davam etdirilir.