Başına plastik torba keçirib bəylə gəlini TƏBRİK ETDİ


Digərləri 11 Sen 2020 22:12:00 155 0

Başına plastik torba keçirib bəylə gəlini TƏBRİK ETDİ

Koronavirus adətlərimizə də qeyri-adi yeniliklər qatmaqdadır. Koronavirus dövründə istər toy, istərsə də yas mərasimləri zamanı bir çox qeyri-adi yeniliklərin şahidi olduq. İnsanlar bir-birini virusdan qprumaq və onun qaydalaırna əməl etmək üçün ən müxtəlif variantlara əl atırlar.

Son.az xəbər verir ki, belə bir qeyri-adi hadisə Türkiyənin Samsun şəhərində qeydə alınıb. Belə ki, toy zamanı gəlinin yaxın qohumlarından biri plastik torba geyinərək yeni evlənənlərə sarılaraq, onları  təbrik edib.

Gəlinin yaxın qohumu 56 yaşlı şəkər və təzyiq xəstəsi olan  Nərmin Yücebaş gəlinlə bəyə hədiyyə  təqdim etdikdən sonra  fərqli bir addım atıb. Koronavirusdan qorunmaq məqsədi ilə Nərminin əri Altan əvvəlcə onun başına plastik torba keçirib, sonra isə qadına gəlinlə bəyə sarılmasına imkan verib. Nərminin əri Altan deyib ki, bu toy üçün xoş və yadda qalan bir hadisə oldu: "Koronavirusdan qorunmaq  və buna diqqəti cəlb etmək üçün belə bir  fərqli hərəkət etdim". (ölkə.az)