COVID19 xəstələri həbs olunub külli miqdarda cərimə ediləcək


Dünya 11 Sen 2020 20:45:00 144 0

COVID19 xəstələri həbs olunub külli miqdarda cərimə ediləcək

Türkiyədə koronavirus pandemiyasına qarşı tətbiq edilən karantin tədbirləri qaydalarını pozanlara ağır cəzalar veriləcək.

Son.az xəbər verir ki, karantindən qaçan COVID-19 xəstələri tələbə yataqxanalarına yerləşdiriləcək, orada qaldıqları müddətdə bütün xərcləri özləri qarşılamalı olacaq.

Onlar haqqında prokurorluq 2 ilə qədər həbs cəzası tələbi ilə məhkəməyə şikayət vermək səlahiyyətinə malikdir.

Artıq Karabük bölgəsində COVID-19 xəstələrinə təkistifadəlik xəstə biləklikləri taxılıb. Biləkliyi çıxaranlar 3 min 150 TL cərimə ödəməlidir. (publika.az)