İkimərtəbəli ev yanıb


Digərləri 11 Sen 2020 20:07:00 235 0

İkimərtəbəli ev yanıb

Tovuz rayonunun Bala Şamlıq kəndində ümumi sahəsi 126 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 55 m² olan tövlənin dam örtüyü 35 m² sahədə yanıb.

Bu barədə Son.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.