Almaniyada "xəbərdarlıq siqnalı"nın sınaqdan keçirilməsi uğursuz oldu


Dünya 11 Sen 2020 20:10:00 145 0

Almaniyada "xəbərdarlıq siqnalı"nın sınaqdan keçirilməsi uğursuz oldu

Sentyabrın 10-da Almaniyada "xəbərdarlıq siqnalı"nın sınaqdan keçirilməsi planlaşdırılmışdı. Ölkə daxilində siqnalın sınanması qərarı təbii fəlakətlər, terror hücumları, ekstremist yürüşlər və ya təhlükəli maddələrin aşkarlanması halında əhalinin ümummilli siqnal sirenasına necə cavab verəcəyini yoxlamaq məqsədi daşıyırdı.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, test, indi məlum olduğu kimi, "uğursuz" nəticələnib. Bir çox şəhərdə sirena ümumiyyətlə yox idi və xəbərdaredici tətbiqlərdən smartfonlara gələn mesaj yarım saat gecikdi. Beləliklə, müəyyən edildi ki, ölkə əhalisi ya yaxınlaşan təhlükə barədə ümumiyyətlə xəbərdar olmayacaq idi, ya da böyük bir gecikmə ilə bu barədə məlumat əldə edəcəkdi.

Maraqlıdır ki, bir çox sirenalar "soyuq müharibə" başa çatdıqdan sonra söküldü və yeni səlahiyyətli orqanlar ümumiyyətlə bu barədə bilmirdi...

İndi aşkar edilmiş nöqsanları aradan qaldırmaq üçün görüləsi iş çoxdur.