Tehranda güclü partlayış baş verib


Dünya 11 Sen 2020 19:24:00 141 0

Tehranda güclü partlayış baş verib

İranın Tehran əyalətinin Nəsimşəhr bölgəsində güclü partlayış baş verib.

Son.az APA-ya istinadən bildirir ki, bu gün qeydə alınan partlayış nəticəsində  30-dan çox evə ziyan dəyib.

Nəsimşəhr şəhərinin yanğınsöndürmə idarəsinin rəhbəri Kiyan Sultanpur deyib ki, partlayışın səbəbi araşdırılır: "İlkin məlumata görə, partlayış akkumulyator satış mağazasında baş verib. Hadisə zamanı 1 nəfər ölüb".

Onun sözlərinə görə, partlayışda 22 avtomobilə ziyan dəyib.