Hindistanda COVID19 infeksiyasına yoluxmada yeni antirekord


Dünya 11 Sen 2020 19:44:00 149 0

Hindistanda COVID19 infeksiyasına yoluxmada yeni antirekord

Hindistan COVID-19 infeksiyasına yoluxma sayına görə öz "rekordunu" yeniləyib. Ötən sutka ölkədə 96 min 551 yeni yoluxma aşkarlanıb. Bu, həm də bir ölkədə qeydə alınmış sutkalıq ən böyük rəqəmdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə virusa yoluxanların ümumi sayı 4,5 milyonu ötüb. Ötən sutka Hindistanda COVID-19 səbəbindən 1172 ölüm baş verib. Bu rəqəm də ötən günə dünyada ən yüksək göstəricidir. Ölkədə ümumi ölüm sayı 75 min 62-yə çatıb.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, hazırda ölkədə 919 mindən çox aktiv pasiyent var.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ-dan sonra ikincidir. Hindistanda virusa yoluxanların ümumi sayı iyulun 16-da 1 milyonu, avqustun 6-da 2 milyonu, avqustun 22-də 3 milyonu, sentyabrın 4-də isə 4 milyonu ötüb. Hökumət iqtisadiyyatın canlanması üçün sentyabrın 1-dən karantin rejiminin növbəti mərhələdə yumşaldılmasına start verib.