Gürcüstan koronavirusun yayılmasına görə "sarı" zona ölkələri sırasına daxil edilib


Dünya 11 Sen 2020 19:04:00 134 0

Gürcüstan koronavirusun yayılmasına görə "sarı" zona ölkələri sırasına daxil edilib

Gürcüstan koronavirus pandemiyasının yayılma göstəricilərinə görə "yaşıl" zonadan "sarı" zonaya aid ölkələr sırasına daxil edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Səhiyyə nazirinin müavini Tamar Qabuniya "Palitranews" televiziya kanalının "Newsrum" verilişində çıxışı zamanı məlumat verib.

Nazir müavini deyib ki, Gürcüstan üçün epidemioloji model hazırlanıb və bu modeldəki cədvəldə əhalinin hər 100 min nəfərindən 10 nəfərinin yoluxma norması əksini tapıb. Ölkələr yoluxma hər 100 min nəfərdən 10-dan 30-dək intervalda dəyişdiyi halda "sarı" zonaya yerləşdirilir.

"Əgər bu vəziyyət iki həftə davam edərsə, deməli ölkə artıq "sarı" zonadadır", - deyə, T,Qabuniya vurğulayıb.