Türkiyədə karantini pozanlar məcburi təcrid olunacaqlar


Dünya 11 Sen 2020 18:44:00 112 0

Türkiyədə karantini pozanlar məcburi təcrid olunacaqlar

Türkiyə Daxili İşlər Nazirliyi koronavirus diaqnozu qoyulmuş, lakin təcrid şərtlərinə riayət etməyərək təhlükə yaradan şəxslərlə bağlı 81 vilayət valiliyinə təlimat göndərib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, təlimatda nəzarət olunan sosial həyat dövründə koronavirus epidemiyasına qarşı mübarizənin effektiv şəkildə davam etdirilməsi üçün görülən tədbirlərə və müəyyən edilmiş qaydalara riayət etməyin vacibliyi qeyd olunub. Bildirilib ki, evdə izolyasiya şərtlərini pozan koronavirusa yoluxmuş şəxslər yataqxanalarda və qonaqlama evlərində məcburi karantinə alınacaqlar. Yataqxanaların təhlükəsizliyi yerli inzibati orqanın nəzarəti altında fasiləsiz olaraq təmin ediləcək və bunun üçün kifayət qədər işçi heyəti ayrılacaq.

"Evlərində təcrid edilməli olduqları müddətdə bu qaydanı pozanlar barəsində Cinayət Məcəlləsinin 195-ci maddəsinə əsasən cinayət işi açılacaq. Bu şəxslər yataqxanalara köçürüləcək və məcburi şəkildə təcrid olunacaq",-deyə DİN açıqlamasında bildirib.