Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı 328ə çatıb


Digərləri 11 Sen 2020 18:33:00 145 0

Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı 328ə çatıb

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirusa (COVID-19) yoluxanların ümumi sayı 328-ə çatıb.

Son.az APA-ya istinadən əbər verir ki, Dağlıq Qarabağda son sutkada 5 yeni yoluxma faktı qeydə alınıb. 

İndiyədək infeksiyaya yoluxanlardan 283 nəfər sağalıb, 43 nəfərin müalicəsi davam edir, onlardan 7 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağırdır.   

Hazırda 64 nəfər karantindədir.

İndiyədək analiz nəticəsi müsbət çıxan iki nəfər vəfat edib. Lakin onların digər xəstəliklərdən vəfat etdiyi bildirilir.